Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır"
Argentina millisinin kapitanı Lionel Messi İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra komandasının növbəti dəfə dünya çempionatının finalına yüksəlməsini yüksək qiymətləndirib.
BAKU.WS xəbər verir ki, 39 yaşlı futbolçu komandanın son illərdə göstərdiyi sabit çıxışı xüsusi vurğulayıb.
"Bu komandanın etdikləri sadəcə inanılmazdır - artıq beşinci finalımızdır. Biz bura son dünya çempionu kimi gəlmişdik, son dörd ildə ən yaxşı komanda olduğumuzu göstərmişik və yenə də dünyanın ən güclü iki millisindən biri olmağı bacardıq. Qarşıda bizi daha bir final gözləyir", - deyə Messi bildirib.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının finalında Argentina millisi İspaniya ilə üz-üzə gələcək. Həlledici qarşılaşma iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi
UFC-nin yarımorta çəki dərəcəsində hazırkı çempionu İslam Maxaçev 2026-cı ilin "Qızıl top" mükafatına hansı futbolçunun daha layiq olduğunu açıqlayıb. BAKU.WS-i...