Messi 37 yaşlı Maskeranonun rekordunu təkrarladı
22
iyn
2021
19:04
Argentina millisinin hücumçusu Lionel Messi Xavier Maskeranonun milli komandada rekordunu təkrarlayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, L.Messi Amerika kubokunun 3-cü turunda Paraqvaya qarşı oyunda Argentina millisinin heyətində 147-ci oyununa çıxıb.
Bununla da ulduz futbolçu millidə ən çox oyun keçirən 37 yaşlı X.Maskeranoya çatıb.
Qeyd edək ki, oyun Argentinın Paraqvay üzərində minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb.
Bu qələbə ilə xalını 7-yə yüksəldən Argentina A qrupunda liderdir.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...