Məşhur boksçu ölümcül yol qəzasına düşüb

Məşhur boksçu ölümcül yol qəzasına düşüb
Foto
İdman 61

Keçmiş dünya çempionu, britaniyalı boksçu Entoni Coşua Nigeriyada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin iştirakçısı olub.

BAKU.WS xəbər verir ki, bu barədə Nigeriyanın "Punch" nəşri məlumat yayıb.

Məlumata görə, bazar ertəsi səhər saatlarında "Lexus" markalı avtomobil Laqos–İbadan yolunun sıx hərəkətli hissəsində dayanmış yük maşınına böyük sürətlə çırpılıb. Qəza zamanı Entoni Coşua yüngül, sürücü və iki sərnişin ağır yaranıblar. Sürücü və onun yanında əyləşən sərnişin sonradan həyatını itiriblər. Digər sərnişinin vəziyyəti ilə bağlı isə əlavə məlumat verilməyib.

36 yaşlı Entoni Coşua İngiltərənin Uotford şəhərində nigeriyalı ailədə anadan olub. O, uşaqlıq illərinin bir hissəsini Nigeriyada keçirib, daha sonra təhsil almaq üçün yenidən İngiltərəyə qayıdıb.

Qeyd edək ki, Entoni Coşua ağır çəkidə IBF, WBA, WBO və IBO versiyaları üzrə keçmiş dünya çempionudur. Onun rəqibləri arasında Vladimir Kliçko, Aleksandr Povetkin və Aleksandr Usik kimi tanınmış boksçular da olub.

Məşhur boksçu ölümcül yol qəzasına düşüb

Son xəbərlər