"Mançester Siti"nin kapitanı evdən qovulub
11
yan
2024
19:15
"Mançester Siti"nin və İngiltərə millisinin futbolçusu Kayl Volkerin həyat yoldaşı Enni Kilner 5 ay əvvəl ərini evdən qovub.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşrin məlumatına görə, son bir neçə ayda cütlük arasında çoxlu ictimai mübahisələr olub, bundan sonra Kilner idmançını 2,4 milyon funt sterlinqlik malikanəsinə buraxmayıb.
Cütlüyün qonşularının dediyinə görə, Volker vaxtaşırı evdə görünürdü.İndi onun Mançesterin mərkəzində bir mənzildə yaşadığı güman edilir.
Xatırladaq ki, 33 yaşlı Volker 2017-ci ildən "Siti"də çıxış edir.
Oxşar xəbərlər
“Qızıl top”a namizədlər açıqlandı - Ronaldo və Neymarın adı yoxdur
Futbol dünyasının ən prestijli mükafatlarından sayılan “Qızıl top”un təşkilatçıları tərəfindən ilin ən yaxşı futbolçusu mükafatına namizədlər açıqlanıb. BAKU.W...