Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Beşiktaş" evdə uduzdu - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.
A qrupunda İngiltərənin "Mançester Siti" klubu Belçikada "Brügge"ni darmadağın edib - 5:1. "Şəhərlilər"in heyətində qolları Juan Kanselu, Riyad Mahrez (2), Kayl Uoker və Koul lamper vurublar. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.
C qrupunda "Beşiktaş" Türkiyədə Portuqaliya "Sportinq"i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb. 24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə "Beşiktaş"ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu "qara qartallar"ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.
Çempionlar Liqası, qrup mərhələsi
III tur
19 oktyabr
A qrupu
20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə) - 1:5
Qollar: Hans Vanaken, 81 - Juan Kanselu, 30, Riyad Mahrez, 43 (penalti), Kayl Uoker, 53, Koul Palmer, 67
23:00. PSJ (Fransa) - "Leyptsiq" (Almaniya)
Xal durumu: PSJ - 4, "Mançester Siti" - 6 (3 oyuna), "Brügge" - 4 (3), "Leyptsiq" - 0.
C qrupu
20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4
Qollar: Kayl Larin, 24 - Sebastyan Koates, 15; 27, Pablo Sarabiya, 44 (penalti)
23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Ayaks" - 6, "Borussiya" - 6, "Sportinq" - 3 (3 oyuna), "Beşiktaş" - 0 (3).
Oxşar xəbərlər
ÇL: "Beşiktaş" uduzdu, "Şaxtyor" və "İnter" ilk xalını qazandı - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2...