Mahir Mədətov qapıçının burnunu sındırdı - VİDEO
19
apr
2019
09:58
Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ”la oyunda "Keşlə”nin qapıçı Şahin Zəkiyevin burnu sınıb.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o, 17-ci dəqiqədə buraxılan ilk qol zamanı zədələnib. "Qarabağ”ın hücumçusu Mahir Mədətovun dizi 19 yaşlı Şahin Zəkiyevin burnuna tuş gəlib. O, 23-cü dəqiqədə Davud Kərimi ilə əvəzlənib. Gənc qapıçı xəstəxanaya çatdırılıb.Onun burnunda və almacıq sümüyündə sınıq var.Qeyd edək ki, sözügedən oyunda "Qarabağ” "Keşlə”nini 3:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"Qarabağ" "Səbail"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib. "Səbail" "Bayıl Arena"da "Qarabağ"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbə...