Mahir Emreli zədələndi - 3 ay oynamayacaq
Almaniyanın 2-ci Bundesliqasında çıxış edən "Kayzerslautern" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli ciddi zədə alıb.
BAKU.WS-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, futbolçu "Herta" ilə görüşdə xəsarət alıb və ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qarşılaşmada Mahir 63-cü dəqiqədə – hesab açıldıqdan sonra oyuna daxil olub. Bu, onun avqustun sonunda baş tutan üçüncü turdan sonra "Kayzerslautern"də ilk rəsmi çıxışı idi. Lakin Emreli 77-ci dəqiqədə zədələnərək, cəmi bir dəqiqə sonra – 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.
Oxşar xəbərlər
"Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı
"Turan Tovuz"la qarşılaşacaq olan Türkiyənin "Fənərbaxça" komandası Bakıya gəlib. BAKU.WS xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun...