Mahir Emreli "Dinamo"da nə vaxt debüt edəcək? - Baş məşqçidən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin üzvü Mahir Emrelinin bu yaxınlarda transfer olunduğu Zaqreb “Dinamo”sunun baş məşqçisi Zelko Kopiç həmyerlimizlə bağlı açıqlama verib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Xorvatiya çempionatının 23-cü turu ərəfəsində yerli mətbuata danışan mütəxəssis Emrelinin yeni komandasının heyətində nə zaman debüt edəcəyi məsələsinə də aydınlıq gətirib.
Kopiç bildirib ki, hazırda Emreli komanda ilə məşq edir. Onun sözlərinə görə, futbolçunun “Qoritsa” ilə qarşıdakı oyunda meydana çıxmasına bugünkü məşqdən sonra qərar veriləcək.
Qeyd edək ki, “Dinamo” – “Qoritsa” qarşılaşması fevralın 12-də baş tutacaq.
Oxşar xəbərlər
Nikola Yurçeviç: "Dinamo" Mahir Emrelini almaqla risk etmədi"
"Dinamo" Emrelini almaqla risk etmədi" BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Polşa "Legiya"s...