Nikola Yurçeviç: "Dinamo" Mahir Emrelini almaqla risk etmədi"
"Dinamo" Emrelini almaqla risk etmədi"
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Polşa "Legiya"sından ayrılan Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna transferi barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis bildirib ki, Zaqreb təmsilçisi hər zaman gələcəyi düşündüyü üçün bu addımı atıb: "Yəqin ki, klub rəhbərliyi yayda Bruno Petkoviçlə Mislav Orsiçi və ya hər ikisini itirəcəyini gözləyir. Emreli gənc və yaxşı potensiala malik futbolçudur. "Dinamo" bu transferdən çox şey qazana bilər".
Yurçeviçin sözlərinə görə, 25 yaşlı hücumçunun yaxşı sol ayağı var: "Yarımmüdafiənin hər iki cinahında çıxış edə bilir. Mahir fiziki cəhətdən çox güclüdür. O, klassik hücumçu deyil, oyun üslubu daha çox Orşiçə oxşayır".
O, Emrelinin beynəlxalq təcrübəsinin komandaya xeyir verəcəyini söyləyib: "Dinamo" onun indiyədək oynadığı klublarla müqayisədə ikinci pillədədir. Mahir həm millidə, həm də "Qarabağ"la "Legiya"da avrokubok təcrübəsi yaşayıb. Hücum xəttindəki rəqabət digər oyunçulara da fayda verəcək. Ona görə də "Dinamo"nun narahat olmağa heç bir əsası yoxdur".
Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan millisinə rəhbərlik edib.
Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
Xorvatlar Mahir Emrelinin transferi barədə nə dedilər? - AÇIQLAMALAR
Millimizin futbolçusu Mahir Emrelinin Zaqreb “Dinamo”suna transferi Xorvatiyada da maraqlı transfer kimi qələmə verilib. BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir...