Polşa mətbuatı: Mahir Emreli "Dinamo"ya keçməyə yaxındır
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçməyə yaxındır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zaqreb təmsilçisi hücumçunun transferini 24 saat ərzində açıqlayacaq.
Paytaxt klubu 25 yaşlı forvardı İspaniya "Sevilya"sına qarşı keçirəcəyi Avropa Liqasının pley-off oyunlarına sifariş etmək istəyir.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Oxşar xəbərlər
"Başakşehir"in Mahir Emreli üçün "Legiya"ya təklif etdiyi məbləğ açıqlandı
Türkiyənin "Başakşehir" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa "Legiya"sına təklif göndərib. BAKU.WS "Report"a istinadən xəbər veri...