Türkiyənin bu klubu Mahir Emrelinin transferi üçün "Legiya"ya təklif göndərdi

Türkiyənin bu klubu Mahir Emrelinin transferi üçün Legiyaya təklif göndərdi
İdman 438

Türkiyənin "Sivaspor" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Sivas klubu 25 yaşlı hücumçu ilə bağlı Varşava təmsilçisinə təklif göndərib: "Sivasspor" bu transferi başa çatdırmağa çalşır".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Oxşar xəbərlər

"Legiya"dan Mahir Emreli ilə bağlı BƏYANAT

"Legiya"dan Mahir Emreli ilə bağlı BƏYANAT

Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bəyanatda 25 yaşlı hücumçunu...

537 İdman 21:04 12 yanvar 2022

Son xəbərlər