İlham Zəkiyevə yeni vəzifə verildi

İlham Zəkiyevə yeni vəzifə verildi
İdman 1604
Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub.Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.BAKU.WS

Oxşar xəbərlər

İlham Zəkiyev və Hacı Əliyev səfir seçildi

İlham Zəkiyev və Hacı Əliyev səfir seçildi

Sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təm...

3073 İdman 13:45 27 dekabr 2017

Son xəbərlər