"Kopenhagen"dən "CimBom" azarkeşlərini qəzəbləndirəcək qərar

Çempionlar Liqasında, A qrupunun son matçında evdə "Qalatasaray"la qarşılaşacaq "Kopenhagen" matçdan əvvəl vacib qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, Danimarka komandası "Qalatasaray" üçün ayrılmış tribunadan kənarda "CimBom" məhsulları geyinən və "Qalatasaray" şüarları səsləndirdən azarkeşləri stadiondan çıxaracaq.
Qeyd edək ki, top fərqinə görə rəqibindən geri qalan "sarı-qırmızılılar" qalib gəlsələr xallarını 8-ə yüksəldəcək və digər matçın nəticəsindən asılı olmayaraq son 16 tura qrup ikincisi kimi daxil olacaqlar.
"CimBom" qalib gələ bilməsə və “Mançester Yunayted” “Bayer Münhen”ə məğlub olsa, "sarı-qırmızılı" komanda yoluna qrup üçüncüsü kimi UEFA Avropa Liqasında davam edəcək.
Okan Burukun yetirmələri qalib gələ bilməsə və “Mançester Yunayted” “Bavariya”ya qalib gəlsə, “Qalatasaray” avrokubokdan kənarda qalacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Kopenhagen" baş məşqçisi "Qalatasaray"a meydan oxudu
“Bavariya” ilə qolsuz heç-heçə edən “Kopenhagen” Çempionlar Liqasında “Qalatasaray”la keçirdiyi son qrup matçı öncəsi üstünlük əldə edib. BAKU.WS xəbər verir k...
