UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə oyunda ikinci qolu vurub

UEFA Konfrans Liqası: Neftçi Dinamo ilə oyunda ikinci qolu vurub
İdman 16

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.

***20:02

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki,Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.

Komandanın kapitanı Emin Mahmudov fərqlənib.

***20:00

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Neftçi" klubu mübarizəyə başlayıb.

BAKU.WS xəbər verir ki, Bakı klubu bu mərhələdə Belarusun "Dinamo Minsk" kollektivi ilə qarşılaşır.

Bakıdakı "Palms Sports Arena"da keçirilən oyun başlayıb.

***19:30

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq "Neftçi" və Belarusun "Dinamo" (Minsk) komandalarının start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, komandalar saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək matçda meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Neftçi": 1. Emil Balayev, 77. Falaye Sako, 55. Andrey Qravillon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klismann, 6. Sessi Dalmeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 11. İmad Faraj, 29. Lubomir Tupta.

Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyu Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu.

Baş məşqçi: Yuri Vernidub.

"Dinamo": 1. İvan Şimakoviç, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 12. Aleksey İvanov, 44. Qleb Qurban, 42. Favaz Abdullahi, 23. Aleksey Zençko, 8. Aleksandr Selvaya, 7. Yevgeni Malaşeviç, 30. Mustafa Djimet, 10. Karen Vardanyan.

Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şetsov, 5. Danil Duşevski, 9. Andrey Lutskoviç, 11. Quljigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Qibero, 24. Aleksey Valkuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Qvet.

Baş məşqçi: Aleksandr Şaqoyko.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər