"Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub
- UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) uduzub.
BAKU.WS xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada rəqib 1:0 hesablı qələbəyə sevinib.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
Ağdam təmsilçisi görüşü 10 nəfərlə başa vurub. 90-cı dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
***22:11
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
***21:56
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk hissə bitib.
BAKU.WS xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabda irəlidədir - 1:0.
***21:16
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk qol vurulub.
BAKU.WS xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabı açıb - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
***21:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçı başlayıb.
BAKU.WS xəbər verir ki, qarşılaşma "Lublin Arena" stadionunda keçirilir.
Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.
***20:10
UEFA Konfrans Liqasının III tənsifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək Ukraynanın "Dinamo" (Kiyev) və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.
BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
" Dinamo": 71 Surkis 5 Sych 6 Brazhko 11 Ponomarenko 15 Rubchynskyi 21 Lonwijk 32 Mykhavko 39 Guerrero 44 C Dubinchak 70 Redushko 94 Kędziora 99
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bense Varkonyi, Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir (K), Aleksey Kaşuk, Cebrail Makreçkis, Renaldo Sefas, Pedro Bikalyo, Elvin Cəfərquliyev
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" görüşü bu gün saat 21:00-da "Lublin Arena" stadionunda start götürəcək.
Oxşar xəbərlər
Avropada qapıçıların "domino effekti": Dünya çempionunun taleyi sual altındadır
Avropanın əsas futbol çempionatlarında bu yay qapıçıların transfer bazarında ciddi hərəkətlilik müşahidə olunur. "Tottenhem", "Aston Villa", "Yuventus" və hətta...