Kadi Borges "Qarabağ"a qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır.
BAKU.WS matc.az-a istinadən xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır.
Belə ki, sabiq futbolçu Kadi Borges "Qarabağ"a qayıtmaq üzrədir. Ötən ilin yayında Macarıstanın "Ferensvaroş" klubuna keçən braziliyalı vingerin "Qarabağ"la danışıqlarının müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər "Qarabağ"ın formasını geyinib.
Oxşar xəbərlər
"Neftçi" "Kəpəz"ə qalib gəlib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, turun ikinci qarşılaşmasında "Neftçi" doğma meydanda...