Joao Feliks "Milan"a keçdi
04
fev
2025
11:16
"Çelsi"sinin hücumçusu Joao Feliks karyerasını "Milan"da davam etdirəcək.
BAKU.WS xəbər verir ki, portuqaliyalı İtaliya A Seriyasının rəsmi saytında "Milan"ın heyətində yer alıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümün sonuna kimi "Milan"da icarə əsasında çıxış edəcək.
Bu mövsüm Feliks bütün turnirlərdə 20 oyun keçirib, 7 qol vurub və iki məhsuldar ötürmə edib.
Portuqaliyalı futbolçunun "Çelsi" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. BAKU.WS xəbər ve...