İslam Maxaçevin növbəti rəqibi bəlli oldu

İslam Maxaçevin növbəti rəqibi bəlli oldu
İdman 76

UFC çempionu İslam Maxaçevin növbəti döyüşünü braziliyalı Karlos Pratesə qarşı keçirə biləcəyi iddia olunur. Qarşılaşmanın gələn il yanvarın 30-da Torontoda təşkili müzakirə edilir.

BAKU.WS xəbər verir ki, bu barədə ispaniyalı jurnalist və insayder Alvaro Kolmenero sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, UFC rəhbərliyi artıq tərəflər arasında mümkün döyüşün təşkili ilə bağlı ilkin danışıqlara başlayıb.

Kolmenero bildirib ki, danışıqlar uğurla yekunlaşarsa, Maxaçevlə Prates 30 yanvar tarixində UFC 336 turnirində üz-üzə gələ bilərlər. Yarışın Kanadanın Toronto şəhərində keçirilməsi nəzərdə tutulur.

34 yaşlı İslam Maxaçev uzun müddət yüngül çəki dərəcəsində çıxış edib və bu divizionda titulunu ardıcıl dörd dəfə qoruyaraq rekorda imza atıb. Daha sonra yarımorta çəki dərəcəsinə yüksələn rusiyalı döyüşçü 2025-ci ilin noyabrında avstraliyalı Cek Della Maddalena üzərində qələbə qazanaraq bu çəkidə də UFC çempionu olub.

Beləliklə, Maxaçev UFC tarixində iki fərqli çəki dərəcəsində çempionluq qazanan ilk rusiyalı döyüşçü kimi tarixə düşüb.

Qeyd edək ki, braziliyalı Karlos Prateslə mümkün qarşılaşma ilə bağlı hələlik rəsmi təsdiq verilməyib. Daha əvvəl UFC-nin məğlubiyyətsiz döyüşçülərindən biri də Maxaçevi titul uğrunda döyüşə çağırmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər