İngiltərə tarixində ilk dəfə Afrika komandasına uduzdu
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə millisi tarixində ilk dəfə Afrika komandasına məğlub olub.
BAKU.WS xəbər verir ki, komanda Seneqala qarşı yoldaşlıq görüşündə evdə uduzub (1:3).
Bundan əvvəl Afrika komandaları ilə 21 matçda ingilislər 15 qələbə qazanıb, altı görüş heç-heçə başa çatıb.
Bu oyunda İngiltərə yığması üçün əlavə antirekord buraxılan üç qol olub. İngilislər daha əvvəl Afrika təmsilçilərindən heç vaxt iki qoldan çox buraxmamışdı.
Qeyd edək ki, iyunun 10-da İngiltərənin Nottingem şəhərindəki "City Ground" stadionunda İngiltərə - Seneqal yoldaşlıq oyunu keçirilib. Harri Keynin yeddinci dəqiqədə vurduğu qola İsmayıla Sarr, Həbib Diarra və Şeyx Səbalinin dəqiq zərbələri ilə cavab verilib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...