"İmişli"də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır
Yeniliklərdən dərhal xəbərdar olun
"İmişli" klubunun akademiyasında çalışanlar aylardı maaş ala bilmirlər.
BAKU.WS Sportal.az-a istinadən xəbər verir ki, buna səbəb AFFA-nın ödəmələri etməməsidir.
Bu mövsümdən federasiya tərəfindən klub akademiyalarına ayrılan maliyyənin xərclənmə meyarları müəyyənləşib. Maaşlar, ekipirovka və s. xərclər AFFA-nın tərtib etdiyi bölgü üzrə aparılmalıdır. Artıq klublar əvvəlkitək pulu istədikləri şəkildə xərcləyə bilməyəcəklər.
"İmişli2 ilə bağlı məsələ bir qədər fərqlidir. AFFA-nın İnkişaf Departamenti ötən mövsümün xərclərini incələyərkən uyğunsuzluqlar aşkarlayıb. Belə ki, klubun uşaq futboluna xərclədiyini göstərdiyi 450 min manatlıq hesabat federasiyaya şişirdilmiş rəqəm kimi gəlib.
AFFA-dan kluba bildirilib ki, ötən mövsümün hesabatlarının şəffaflığı tam araşdırılandan sonra bu mövsümün ödəmələrini etmək mümkün olacaq.
Oxşar xəbərlər
Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İ...