Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayacaq
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Arun Kumarla (Hindistan) görüşə qatılmayacaq.
H.Heydərovun hansı səbəbdən tatamiyə çıxmayacağı hələlik bəlli deyil.
Bu gün Azərbaycanın dörd cüdoçusu sözügedən yarışda mübarizəyə başlayacaq. Kamran Süleymanov (73 kq) 1/32 final mərhələsində yaponiyalı Şusuke Uçimura ilə, Ömər Rəcəbli (81 kq) 1/16 finalda rumıniyalı Adrian Sulka ilə, Fidan Əlizadə (63 kq) eyni raundda özbəkistanlı Sevinç İsokova ilə, Südabə Ağayeva (70 kq) rusiyalı Kamila Badurova ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
Azərbaycan gimnastları 2027-ci il iyunun 16–27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblə...