Güləş elementləri UFC-dən yığışdırılmalıdır?
"İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb.
Bu dəfə verilişin qonağı MMA üzrə tanınmış mütəxəssis Şiraslan Kərimov olub. Buraxılışda orta çəkidə UFC-nin yeni çempionu Hamzat Çimayevin Drikus Dyu Plessiyə qarşı son döyüşü müzakirə olunub, həmçinin UFC-dəki yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Şiraslan Kərimovun sözlərinə görə, Hamzat Çimayev-Drikus Dyu Plessi görüşü göstərdi ki, Cənubi Afrikadan olan idmançılar güləşə tam hazır deyillər:
"Mən döyüşdən əvvəl də demişdim ki, Hamzat Çimayev sırf güləşə əsaslanaraq qazanacaq. Çünki Drikus Dyu Plessi hələ Qafqaz güləşinin mahiyyətini anlamır. Hamzat ayağa qalxmaqdan çəkinmir və hər an rəqibini parterə yıxmağa çalışır. O, çox ağıllı və perspektivli döyüşçüdür. Eyni zamanda komandası taktikanı düzgün seçir. Mən bu çəki dərəcəsində H.Çimayev üçün rəqib görmürəm".
O həmçinin Qafqaz regionunu təmsil edən digər döyüşçü - İslam Maxaçevdən də danışıb:
"İslam Hamzat Çimayev və Həbib kimi birtərəfli döyüşçü deyil. Onun bütün döyüşləri həm ayaqda, həm də parter vəziyyətində keçir. Çox maraqlı, hərtərəfli idmançıdır. Axırıncı döyüşünə baxanda sevinirdim ki, belə bir döyüşçü var. Alnından ağır zədə almasına baxmayaraq, qabağa gedirdi və mübarizə aparırdı".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilib
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. Milli Olimpiya Ko...