Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində irəliləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin yekununa əsasən, dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Premyer Liqası 2023-cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib. Çempionatımız 434,25 əmsalla 36-cı yerə yüksəlib.
Azərbaycan Premyer Liqası bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadır.
Siyahıya aktivində 1992 əmsal olan İtaliya A Seriyası başçılıq edir. İspaniya La Liqası 2-ci (1885 əmsal), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşır.
Oxşar xəbərlər
Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Misli Premyer Liqasında VI tura bu gün yekun vurulacaq. BAKU.WS xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə "Şamaxı" evdə "Araz-Naxçıv...