"Formula 1" pilotu: "Bakıda tempi tədricən artırmaq lazımdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Monakoda olduğu kimi, Bakıdakı "Formula 1" yarışında da tempi tədricən artırmaq lazımdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Haas" komandasının pilotu Esteban Okon deyib.
O, ötən il ABŞ təmsilçisinin sürücülərinin Azərbaycan Qran-prisində yaxşı çıxış etdiyini bildirib:
"Hətta iki bolidlə xal qazanmağa çox yaxın oldular. Bizim bu həftəsonu hədəfimiz yaxşı mübarizə aparmaqdır. Amma lazım olan səviyyəyə çatmaq üçün tempi mərhələ-mərhələ artırmaq vacibdir. Monakoda olduğu kimi, burada da hər dövrədə, hər sessiyada tempi artırmaq, eyni zamanda maşın üzərində işləməyə davam etmək çox önəmlidir".
Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...