"Fənərbağça" yeni mövsümə darmadağınla başladı - FOTO
19
avq
2019
23:31
Avqustun 19-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ilk turun sonuncu oyunu keçirilib.BAKU.WS xəbər verir ki, ötən mövsümün altıncısı İstanbulun "Fənərbağça" komandası "Şükrü Saracoğlu" stadionunda çempionatın debütantı "Qaziantepspor"u qəbul edib.Baş hakim Arda Kardeşlerin idarə etdiyi qarşılaşmada İstanbul təmsilçisi 5:0 hesabı ilə rəqibinə qalib gəlib.Meydan sahiblərinin heyətində Viktor Moses 6-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb – 1:0. On üçüncü dəqiqədə isə qonaqların qapısına təyin olunan penalti zərbəsini qapıçı dəf edib. Görüşün 17-ci dəqiqəsində Əmrə Bələzoğlunun məhsuldar ötürməsindən sonra Vedat Muriqi hesab arasındakı fərqi ikiyə çatdırıb. İyirmi dördüncü dəqiqədə baş hakim Arda Kardeşler rəqibin qapısına "Fənərbağça"ın lehinə növbəti dəfə penalti təyin edib. Əmrə Bələzoğlu komandasının üçüncü qoluna imza atıb. Yetmiş dördüncü dəqiqədə Nabil Dirar fərqlənərək hesab arasındakı fərqi dördə çatdırıb. Qarşılaşmada sonuncu qolun müəllifi Ferdi Kadıoğlu (88) olub – 5:0.Beləliklə, sonuncu mövsümdə uğursuz çıxış edən "Fənərbağça" öz meydanında "Qaziantepspor"u məğlub edərək superliqaya qələbə ilə başlayıb və üç xala sahib olaraq top fərqinə görə turnir cədvəlində liderliyə yüksəlib.Qeyd edək ki, "Fənərbağça" ötən mövsüm öz meydanında oynadığı son 12 çempionat matçında məğlub olmamışdı.Xatırladaq ki, birinci turda son çempion "Qalatasaray" "Dənizlispor"a, "Beşiktaş" "Sivasspor"a, "Başakşəhər" klubu isə "Yeni Malatyaspor"a səfərdə uduzub, "Trabzonspor" isə "Kasımpaşa" ilə heç-heçə edərək xal itirib.
Qalereya
Oxşar xəbərlər
"Neftçi" qələbə qazana bilməyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.BAKU.WS-in məlumatına görə, turun sonuncu matçında "Neftçi" "Sabah"ı qəbul edib."Bakcell Arena"da...