iPhone-da mobil internet sərfiyyatını azaltmağın yolu açıqlanıb
iPhone telefonlarında internet paketinin sürətlə tükənməsinə səbəb olan funksiyalardan biri müəyyən edilib. Bu funksiya Wi-Fi bağlantısı zəiflədikdə avtomatik olaraq mobil internetdən istifadə edir.
BAKU.WS xəbər verir ki, bu barədə "MakeUseOf" nəşri məlumat yayıb.
Məlumata görə, Wi-Fi bağlantısı zəif və ya qeyri-sabit olduqda telefon mobil şəbəkəyə keçə bilər. Bu, onlayn oyun oynayarkən və ya film izləyərkən əlavə internet sərfiyyatına səbəb olur. Eyni zamanda, ekranda Wi-Fi işarəsi qaldığı üçün istifadəçi mobil internetin işə düşdüyünü hiss etməyə bilər.
Mobil internetə qənaət etmək üçün iOS 27 əməliyyat sistemində Wi-Fi parametrlərinə daxil olaraq "Bağlantı köməkçisi" funksiyasını deaktiv etmək tövsiyə olunur. Əvvəlki iOS versiyalarında isə bu seçim "Mobil rabitə" bölməsində yerləşir.
Nəşrin məlumatına əsasən, funksiya rouminq zamanı işləmir və arxa planda həyata keçirilən yükləmələr üçün istifadə olunmur. İstifadəçilər müvafiq parametrlər bölməsində bu funksiyanın indiyədək nə qədər internet sərf etdiyini də görə bilərlər.
Oxşar xəbərlər
Bakıda 53 nömrəli tam orta məktəbdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur
Vahid geyim uşaqlar arasında fərqlərin ön plana çıxmasının qarşısını almağa, məktəblilərdə məsuliyyət və kollektivə aidlik hissini formalaşdırmağa kömək edir. B...