Dənizkənarı bulvarda Çay Festivalı

Dənizkənarı bulvarda Çay Festivalı
Foto
Sosial 156

Bu gündən etbarən Bakı bulvarında Çay Festivalı başlayır. Azərbaycanın özünəməxsus çay mədəniyyətini bütün zənginliyi ilə bir araya gətirən festival oktyabrın 18-dək davam edəcək.

BAKU.WS xəbər verir ki, Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və çay süfrəsini tamamlayan müxtəlif təamlar təqdim olunacaq. Ziyarətçilər həmçinin çay süfrəsinə aid ənənəvi və dekorativ əşyalarla tanış ola biləcəklər. Festivalda özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin nümayəndələri də iştirak edəcək.

Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.

12 oktyabr saat 17:00-da media nümayəndələrinin iştirakı ilə festivalın təqdimatı keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər