"Real Madrid" 16 yaşlı hücumçusunu transfer etməyə yaxındır
İspaniya nəhəngi "Real Madrid" İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən 16 yaşlı Cey-Cey Qabrieli heyətinə qatmaq istəyir. Madrid təmsilçisinin futbolçunun və klubun transferlə bağlı tələblərini qarşılamağa hazır olduğu bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Football365" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "Real Madrid" gənc hücumçunun transferi ilə bağlı razılaşmaya yaxınlaşıb. Keçidin təxminən 15 milyon avroya başa gələcəyi ehtimal olunur.
Daha əvvəl Qabrielin illik maaşının ən azı 1 milyon avro olmasını tələb etdiyi barədə xəbərlər yayılmışdı.
Gənc futbolçu ilə yalnız Madrid klubu maraqlanmır. "Barselona", "Bavariya" və PSJ də onu heyətinə qatmaq istəyən komandalar sırasında yer alıb.
Hazırda Cey-Cey Qabrielin qeydiyyatı "Mançester Yunayted"ə məxsusdur. Bununla belə, əsas komandadakı rolu ilə bağlı fikir ayrılıqları yarandıqdan sonra futbolçu və ailəsi klubdan ayrılmasına icazə verilməsi üçün rəsmi müraciət edib.
Oxşar xəbərlər
Ferstappen Sinqapur Qran-prisinin qalibi olub
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının Sinqapur Qran-prisində birinci yeri tutub. BAKU.WS xəbər verir k...