Müxtəlif infeksiyalar SÜRƏTLƏ YAYILIR - Tanınmış professor danışdı
"Hazırda müxtəlif infeksiyalar geniş yayılıb və onların bir qismi hava-damcı yolu ilə insandan insana ötürülür".
Bunu BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla deyib.
Onun sözərinə görə, bu qrupa qrip, koronavirus və digər respirator viruslar daxildir:
"Həmin infeksiyalar insanlarda oxşar əlamətlər yarada bilər. Yoluxma riskini azaltmaq üçün hər kəs ilk növbədə öz sağlamlığını və ətrafındakı insanları qorumalıdır.
Xüsusilə xəstəlik əlamətləri olan şəxslərin kollektivə getməsi təhlükəlidir. Soyuqdəymə və qripə bənzər simptomları olan insanlar imkan daxilində evdə qalmalı, zərurət yarandıqda isə maskadan istifadə etməlidirlər. Asqırma və öskürək zamanı gigiyena qaydalarına əməl edilməməsi, insanların qapalı məkanlarda bir arada olması infeksiyanın daha çox insana yayılmasına şərait yaradır. Buna görə də yoluxmanın qarşısını almaq üçün insanların məsuliyyətli davranması vacibdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlum...