Bu rayonun küçə və prospektləri TƏMİR OLUNACAQ

Bu rayonun küçə və prospektləri TƏMİR OLUNACAQ
Sosial 133

İsmayıllı rayonunda bir sıra küçə və prospektlərdə asfalt örtüyünün əsaslı təmiri nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən 2026-cı ildə rayonun prospekt və küçələrində asfalt örtüklü yolların əsaslı təmiri üçün 791 min 116,84 manat ehtimal olunan qiymətlə satınalma prosesi elan edilib.

Layihənin həyata keçirilməsi ilə yol infrastrukturunun yaxşılaşdırılması, avtomobillərin hərəkətinin rahatlaşdırılması və sakinlərin gündəlik gediş-gəliş imkanlarının artırılması hədəflənir.

İşlər büdcə və büdcədənkənar vəsaitlər hesabına həyata keçiriləcək. Təmir proqramına M.F.Axundzadə, Rəşid Mahmudov, Qəşəm Aslanov və Şəhid Cavid Məmmədov küçələri, həmçinin Heydər Əliyev prospektinin Qala Şadlıq Sarayının arxasında yerləşən küçə hissəsi daxildir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər