"Fənərbağça" "Boka Xuniors"dan Medina üçün razılıq alıb
 
                            Türkiyənin "Fənərbağça" klubu yay transfer dövründən bəri almaq istədiyi Kristian Medinanın transferində müsbət nəticə əldə edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı argentinalı mərkəz yarımmüdafiəçi üçün klubu "Boka Xuniors"u razı salmaq mümkün olub.

Məlumata görə, futbolçu kluba "Yanvarda məni göndərməsəniz, bu komandada oynamayacağam" deyib və bu da transferin gedişinə təsir göstərib.
"Fənərbağça" Argentina komandasına 10 milyon dollarlıq transfer haqqı və 5 milyon dollar bonus olmaqla cəmi 15 milyon dollar ödəyəcək.
Həmçinin futbolçunun növbəti satışından "Boka Xuniors"a 20 faiz pay verilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri k...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    