Erməni diasporunun ehtiyat etdiyi idmançımız döyüşə çıxır
Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, 7 qat Azərbaycan, 3 qat dünya və 2 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu Hafiz Baxşəliyev döyüşə çıxacaq.
BAKU.WS-in məlumatına görə, idmançımız bu ayın 22-də Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda Mərakeş əsilli ispan idmançısı İsmael Barqani ilə döyüşəcək.
Qeyd edək ki,Hafiz Baxşəliyev Londonda Qafqaz İdman Klubunun rəhbəridir. Onun kluba ermənilərin buraxılmayacağı ilə açıqlaması Fransa və Ermənistan mediasının diqqətini çəkmişdir. İdmançı Böyük Britaniyada Azərbaycan diasporunun işində də fəallığı ilə seçilir.
Aprel və Axlanlı hadisələrində Londonda fəaliyyət göstərən Ermənistan səfirliyi qarşısında keçirilən aksiyanın əsas təşkilatçılarından biri olub. Kikboksçunun İngiltərənin idman camiəsində də böyük nüfuzu var. Tez-tez fəxri qonaq kimi yarışlarda iştirak edir.
BAKU.WS
Oxşar xəbərlər
Canlı əfsanə Elnur Məmmədlini döyüşə çağırdı (VİDEO)
Cüdonun əfsanəsi hesab olunan Teddi Riner Azərbaycanın olimpia çempionu Elnur Məmmədlini döyüşə çağırıb. BAKU.WS-in məlumatına görə, məğlubedilməz cüdoçu karye...