Elvin Cəfərquliyev Avropa klublarının hədəfindədir

Elvin Cəfərquliyev Avropa klublarının hədəfindədir
Foto
İdman 207

Azərbaycan futbolunun son illərdə ən parlaq sol cinah müdafiəçilərindən biri sayılan Elvin Cəfərquliyev Avropada bir neçə klubun diqqət mərkəzindədir.

BAKU.WS-in məlumatına görə, Fransanın tanınmış klubu "Lill" klubu artıq "Qarabağ" futbolçusu üçün rəsmi təklif üzərində işləyir.

Klub nümayəndələri yarım ildən çoxdur ki, Cəfərquliyevin oyunlarını yaxından izləyir və nəhayət, müsbət qərar veriblər. "Lill" futbolçunu yanvar transfer pəncərəsində, ən pis halda isə yayda heyətinə qatmaq niyyətindədir.

Elvin Cəfərquliyev Avropa klublarının hədəfindədir

Xüsusilə "Çelsi"yə qarşı Çempionlar Liqası matçında Elvinin performansı Fransa klubunun skautlarını valeh edib. "Lill" artıq Ağdam təmsilçisinə 1-1,5 milyon avro aralığında rəsmi təklif göndərməyə hazırlaşır.

Transfermarkt portalına görə, hazırda futbolçunun bazar dəyəri 1,2 milyon avrodur. Maraqlıdır ki, Elvin Cəfərquliyevlə bir müddət əvvəl Niderlandın "Ayaks" klubu da maraqlanıb.

Hazırda ümumi dəyəri 215 milyon avro olan "Lill" Fransa Liqa 1 çempionatında 4-cü pillədə qərarlaşıb və qarşıdakı mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaq məqsədi daşıyır. Klub rəhbərliyi Cəfərquliyevin Avropa arenasında qazandığı təcrübənin bu yolda mühüm rol oynayacağına inanır.

Elvin Cəfərquliyev Avropa klublarının hədəfindədir

Qeyd edək ki, 2000-ci il 26 oktyabrda Bakıda anadan olan Elvin Cəfərquliyev Azərbaycan futbolunun yetişdirdiyi ən ümidverici müdafiəçilərdəndir. 1,80 metr boya malik futbolçu əsasən sol cinah müdafiəçisi kimi çıxış edir, lakin ehtiyac olduqda sol yarımmüdafiə və mərkəzdə də oynaya bilir.

Elvin 2019-cu ilin iyulunda "Qarabağ"ın əsas heyətinə qoşulub və bu müddət ərzində klubla bir neçə önəmli uğura imza atıb. O, Ağdam təmsilçisi ilə birlikdə 4 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Elvin Cəfərquliyev Avropa klublarının hədəfindədir

Hazırda futbolçunun "Qarabağ"la 2026-cı ilin yayına qədər müqaviləsi var. Azərbaycan millisinin əsas üzvlərindən biri olan Elvin indiyədək 33 oyuna çıxıb və 1 qol vurub. Beynəlxalq təcrübəsi və Çempionlar Liqasındakı inamlı çıxışı onun Avropa klublarının diqqət mərkəzinə düşməsinə səbəb olub.

Son xəbərlər