Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
27
yan
2026
14:08
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
BAKU.WS xəbər verir ki, o, Danimarkada yerli "Midtyullann" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VIII turunun oyununu idarə edəcək.
E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, "Midtyullann" - "Dinamo" qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək. BAKU.WS xəbər verir ki, NTD "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma Bakı İdman Saray...