Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
02
okt
2026
12:21
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.
BAKU.WS-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani iştirak ediblər.
Görüşdə üç ölkənin müdafiə nazirlərinin 13-cü üçtərəfli protokolu imzalanıb.
Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış ediblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) sədrliyi daha iki il uzadılıb. BAKU.WS "Report"a istinadən xəbər verir...