Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb, Qurban Qurbanov geriləyib
UEFA dünyanın ən güclü məşqçilərinin siyahısını açıqlayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 500 mütəxəssisin yer aldığı cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1673 xala malikdir. O, dünyada 133-cüdür. İki xal itirən Qurbanov iki pillə geriləyib.
"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib.
Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin (İngiltərə) çalışdırıcısı Pep Qvardiola 2240 xalla başçılıq edir.
Oxşar xəbərlər
“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır - ARAŞDIRMA
“Qarabağ” 2023/2024 mövsümündə milli çempionatlarda toplanılan xal sayına görə Avropada 26 ölkənin bütün klublarını qabaqlayır. BAKU.WS report-a istinadən xəbər...