Dünya çempionatı: Nihad Süleymanlı 1/4 finalda uduzub
Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finalda uduzub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı türkiyəli Volkan Bilginə 6:10 hesabı ilə məğlub olub.
N.Süleymanlı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
"Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turunda baş tutan oyunlardakı hakim qərarlarını şərh edib. BAKU.WS xəbər verir ki, bu b...