Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəlib

Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəlib
İdman 27

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib - 5:2.

İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

*** 13:58

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatındakı ikinci görüşündə qələbə qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda polşalı Şimon Trederi üstələyib.

Görüş 1:1 hesabı ilə bitsə də, Azərbaycan idmançısı sonuncu xal prinsipinə əsasən qalib elan edilib.

İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər