Dünya çempionatı: İbrahim Həsənov bu gün qızıl medal uğrunda görüşə çıxacaq
02
avq
2026
10:12
Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında bu gün qızıl medal uğrunda görüşə çıxacaq.
BAKU.WS xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.
Qeyd edək ki, yarışa bu gün Milli Gimnastika Arenasında yekun vurulacaq.
Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
Oxşar xəbərlər
"Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turunda baş tutan oyunlardakı hakim qərarlarını şərh edib. BAKU.WS xəbər verir ki, bu b...