İdman Azərbaycan "Qarabağ" azarkeşlərinə cavab verdi

İdman Azərbaycan Qarabağ azarkeşlərinə cavab verdi
İdman 1547

Dünən İdman Azərbaycan kanalı vasitəsilə "Totenhem" - "Qarabağ" oyununu izləyən tamaşaçılar şərhçidən narazı qalıblar. 

BAKU.WS-in məlumatına görə, bəzi azarkeşlər İdman Azərbaycan kanalına müraciət edərək şərhçi ilə bağlı öz iradlarını bildiriblər. Belə ki, azarkeşlər hesab edirlər ki, şərhçi oyun barədə danışarkən həddindən az emossianal olub. 

Məsələ ilə bağlı İdman Azərbaycan kanalından münasibət bildirilib. Kanalın rəsmi səhifəsində yerləşdirilən yazıda qeyd edilib ki,  hər bir insanın öz zövqü var və hərə bir cür aparıcılığı sevir. Məhz bu səbəbdən də heç bir şərhçi hamı tərəfindən sevilmir: 

"Bildirmək istəyirik ki, İdman Azərbaycan kanalı və orada çalışan hər bir kəs bütün komandalarımıza və idmançılarımıza eyni gözlə baxır və onların qələbəsini arzulayır. Şərhçilər də tamaşaçılar kimi oyuna adi televizordan baxır və şərh zamanı olan qüsurlar başa düşüləndir. Bütün bunlar televizor qarşısında əyləşənlər tərəfindən nəzərə alınmalıdır", - deyə kanalın açıqlamasında qeyd olunub. 

BAKU.WS

Oxşar xəbərlər

Erməni idmançının Bakıya gəlişinə icazə verilməsinin səbəbi açıqlandı

Erməni idmançının Bakıya gəlişinə icazə verilməsinin səbəbi açıqlandı

Erməni şahmatçısı Levon Aronyanın Bakıda keçiriləcək şahmat üzrə Dünyanın Kubokunda iştirak etməsinə icazə verilib. BAKU.WS-in məlumatına görə, Azərbaycan gən...

1130 İdman 11:10 10 sentyabr 2015

Son xəbərlər