Erməni idmançının Bakıya gəlişinə icazə verilməsinin səbəbi açıqlandı
Erməni şahmatçısı Levon Aronyanın Bakıda keçiriləcək şahmat üzrə Dünyanın Kubokunda iştirak etməsinə icazə verilib.
BAKU.WS-in məlumatına görə, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bu məsələyə münasibət bildirib. Nazir söyləyib ki, Azərbaycanın icazəsi olmadan işğal altındakı ərazilərə səfər edənlərin ölkəyə girişinə qadağa qoyulur:
"Bəzi insanlar bunu bilmədən etdiklərini bildirir, bəziləri isə Azərbaycan qanunlarını pozduqları üçün üzr istəyirlər. Amma bəzən xüsusi önəm kəsb edən məsələlərdə hökumətimiz idman naminə güzəştə gedərək qərar qəbul edə bilər. Aronyanın Bakıya buraxılması da buna görədir".
Qeyd edək ki, sentyabrın 10-da Bakıda Dünya Kuboku start götürəcək. Erməni şahmatçı həmin yarışda mübarizə aparacaq.
BAKU.WS
Oxşar xəbərlər
Levon Aronyan: "Azərbaycana hörmət etdiyimi göstərəcəm"
Ermənistanın ən reytinqli şahmatçısı olaraq tanınan Levon Aronyan Azərbaycan haqqında danışıb. BAKU.WS-in məlumatına görə, erməni şahmatçı bu yaxınlarda Bakıy...