DÇ-2022: Bu gün daha 2 qrupda mübarizəyə start veriləcək

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə start veriləcək.
BAKU.WS xəbər verir ki, günün ilk matçı C qrupunda baş tutacaq. Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Bu qrupun digər matçında Meksika yığması Polşanı sınağa çəkəcək.
D qrupunda Danimarka seçməsi Tunislə, Fransa isə Avstraliya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Dünya çempionatı
22 noyabr
C qrupu
14:00. Argentina - Səudiyyə Ərəbistanı
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Lusail" stadionu
20:00. Meksika - Polşa
Baş hakim: Kris Bit (Avstraliya)
"Stadion 974"
D qrupu
17:00. Danimarka - Tunis
Baş hakim: Sesar Arturo Ramos
"Edyukeyşn Siti" stadionu
23:00. Fransa - Avstraliya
Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)
"Əl-Canub" stadionu
Oxşar xəbərlər
DÇ-2022-nin təqvimi dəqiqləşdi - SİYAHI
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin təqvimi dəqiqləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, mundialın açılış oy...
