DÇ-2026: Azərbaycan millisi bu gün Ukrayna ilə üz-üzə gələcək
13
okt
2025
09:12
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti matçına çıxacaq.
BAKU.WS xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız bu dəfə Ukrayna komandası ilə qarşılaşacaq.
Görüş neytral meydanda - Polşanın Krakov şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Oyunun baş hakimi isə Avstriyadan olan Sebastyan Qișamer olacaq.
Xatırladaq ki, hazırda D qrupu üzrə turnir cədvəlində Fransa 9 xalla liderlik edir. Ukrayna 4 xalla ikinci, İslandiya 3 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu -dördüncü yerdə qərarlaşıb.
Oxşar xəbərlər
"Sabah" "Qarabağ"ı qəbul edəcək
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. BAKU.WS xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat...