Cokoviç Yamaldan oğluyla şəkil çəkdirmək üçün xahiş etdi
24 qat "Böyük Dəbilqə" turnirlərinin qalibi olan serbiyalı tennisçi Novak Cokoviç ispan dilində "Barselona"nın cinah hücumçusu Lamin Yamaldan oğlu Stefanla birgə şəkil çəkdirməsini xahiş edib.
BAKU.WS xəbər verir ki, idmançıların ünsiyyətindən olan görüntüləri "Mozzart Sport" resursu sosial şəbəkələrdə paylaşıb.
Məşhur tenisçi ulduz futbolçuya "oğlumla şəkil çəkdirə bilərsən?"-deyə müraciət edib. Yamal buna razılıq verib. Cokoviç Yamala daha sonra deyib ki, övladı onu çox sevir və oyunlarına azarkeşlik edir.
Qeyd edək ki, Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasını (PTPA) tərk etdiyini açıqlayıb. Bu qərar təşkilatda şəffaflıq, idarəetmə və tennisçilərin səsi ilə imicinin necə təmsil olunması ilə bağlı davam edən suallarla əlaqədar olub.
Nole with Yamal, he asked him to take a picture with Stefan ❤️ (who is a big fan of his) pic.twitter.com/Ni3ce07inb
— ᖴᖇᗩᑎI ® (@frani2312) January 6, 2026
Oxşar xəbərlər
"Aston Villa" Ferran Torresin transferi üzərində işləyir
İngiltərənin "Aston Villa" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Ferran Torresi heyətinə qatmaqda maraqlıdır. BAKU.WS report-a istinadən xəbər veri...