"Qarabağ" "Çelsi"də forma geyinmiş qapıçını transfer etdi

02
sen
2019
20:27
"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.BAKU.WS klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə qatıb. 32 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb. Bosniya və Herseqovina mətbuatı Beqoviçin icarə əsasında 6 ay "Qarabağ"ın formasını geyinəcəyini yazıb. Qeyd edək ki, Asmir Beqoviç karyerası ərzində İngiltərənin "Çelsi" və "Stok siti" klublarında çıxış edib.
Oxşar xəbərlər
"Sabah" Ozan Can Kökçü ilə 2 illik müqavilə bağlayıb
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. BAKU.WS-in məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan yığmasının milliləşən legioneri Ozan Can...