"Sabah" Ozan Can Kökçü ilə 2 illik müqavilə bağlayıb

Sabah Ozan Can Kökçü ilə 2 illik müqavilə bağlayıb
İdman 436
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. BAKU.WS-in məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan yığmasının milliləşən legioneri Ozan Can Kökçünün transferini rəsmiləşdirib.21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə imzalanıb. O, 2021-ci ilədək bakılıların formasını geyinəcək.Qeyd edək ki, gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb, Azərbaycanın U-21 millisində də çıxış edib.

Son xəbərlər