Azərbaycanlı hakim dünya çempionatını idarə edəcək
15
iyl
2019
20:45
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb. BAKU.WS xəbər verir ki, Məmmədov iyulun 17-də Rusiyanın paytaxtı Moskvada start götürəcək dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb. İyulun 28-dək davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək. Milli iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq.Qeyd edək ki, seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Oxşar xəbərlər
Miri Yusif Dünya Çempionatının ulduz səfiri seçilib
Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçil...