"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - (YENİLƏNİB)

Qarabağ Çempionlar Liqasında mübarizəni dayandırdı - (YENİLƏNİB)
İdman 1193
"Qarabağ" komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Kipr APOEL-inə iki oyunun yekununda uduzub.Səfərdəki ilk matçda 2:1 hesablı qələbəyə sevinən Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş cavab matçında 0:2 hesablı məğlubiyyətlə üzləşib.Tamamilə dolu tribunalar önündəki görüşə hər iki komanda fəal başlayıb. Matçın əvvəllərində "Qarabağ" bir neçə sürətli hücum təşkil etsə də, məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. APOEL isə yeni baş məşqçisi Tomas Dollun göstərişi ilə irəli atılmaq üçün fürsətlər yaxalamağa çalışıb. Qonaq komanda belə hücumların birində penalti qazanıb. 34-cü dəqiqədə Nikolas Yannu "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla mübarizədə yerə yıxılıb. Almaniyalı referi Daniel Sibert penalti nöqtəsini göstərib. İtaliyalı müdafiəçi Tomas De Vinsenti bu imkandan yararlanmağı bacarıb.Bərabərlik qolunu vurmağa çalışan "Qarabağ" ilk yarıda ən real qol vəziyyəti 44-cü dəqiqədə yaradıb. Lakin Mahir Emrelinin qapı qarşısına ötürməsindən sonra Abdullah Zubirin qüvvətli zərbəsini APOEL-in qapıçısı Vid Belets dəf etməyi bacarıb.İkinci hissə də Azərbaycan təmsilçisinin hücumları ilə başlayıb. Daha bir imkan isə 55-ci dəqiqədə yaranıb. Bu dəfə rəqib qapıçı Riçard Almeydanın zərbəsini dəf etməyi bacarıb.59-cu dəqiqədə isə qapı qarşısına ötürmədən sonra Mahir Mədətovun zərbəsi azacıq yandan keçib. 68-ci dəqiqədə isə rəqib istəyinə çatıb. Makedoniyalı müdafiəçi Uroş Matiç uzaqdan zərbə ilə yekun nəticəni müəyyənləşdirib.Bu qoldan sonra "Qarabağ"ın fərqi azaldaraq, oyunu əlavə vaxta uzatmaq cəhdləri nəticə verməyib. Əvəzində uzatma dəqiqələrində Riçard Almeyda qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.Beləliklə, Azərbaycan təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi olacaq.22:00Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda ikinci qol vurulub.Matçın 68-ci dəqiqəsində yenə APOEL komandası fərqlənib. Uroş Matiç komandasının ikinci qolunu "Qarabağ"ın qapısından keçirib.21:16Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda hesab açılıb.Bakıda keçirilən matçın 34-cü dəqiqəsində qonaqlar fərqləniblər. Tomas De Vinsenti penaltidən APOEL-i hesabda önə çıxarıb - 1:0. 20:40UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başlayıb.BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.Meydan sahibi APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxıblar.Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibertdi. Ona Yan Sedel və Lasse Koslovski kömək edirlər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirir. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviçdi (Bosniya və Herseqovina).Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.“Qarabağ” APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində“Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsə, UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

Oxşar xəbərlər

Bu gün "Qarabağ" APOEL-lə cavab görüşünə çıxır

Bu gün "Qarabağ" APOEL-lə cavab görüşünə çıxır

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq. BAKU.WS xəbər verir ki, Ağdamın "Qarabağ" klubu Kiprdəki ilk matçda qalib gəldiyi APOEL-l...

759 İdman 09:37 13 avqust 2019

Son xəbərlər