“Qarabağ” fransalı hücumçu aldı - VİDEO

“Qarabağ” fransalı hücumçu aldı - VİDEO
Foto Video
İdman 824
“Qarabağ” dördüncü transferini rəsmiləşdirib. BAKU.WS kluba istinadən xəbər verir ki, Ağdam təmsilçisi Seneqal əsilli fransalı Maqaye Queyeni heyətinə qatıb.29 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, Azərbaycan çempionunun heyətində 99 nömrəli formanı geyinəcək. Qeyd edək ki, karyerası ərzində “Strasburq”, “Brest” (hər ikisi Fransa), “Everton”, “Miluoll” (hər ikisi İngiltərə) və “Adanaspor”da oynayan hücumçnun son klubu “Osmanlıspor” olub.Qeyd edək ki, “Qarabağ” bu yay braziliyalı müdafiəçi Ailton Silva, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu transfer edib.

Oxşar xəbərlər

“Qarabağ”dan daha bir transfer

“Qarabağ”dan daha bir transfer

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi Rherras Faycalı heyətin...

534 İdman 17:50 15 iyul 2019

Son xəbərlər