Bu gün DÇ-2026-nın püşkatma mərasimi keçiriləcək
2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının püşkatma mərasimi bu gün, saat 21:00-da keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, püşkdən öncə komandaların yer aldığı səbətlər müəyyənləşib.
I səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.
II səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
III səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fildişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika
IV səbət: İordaniya, Kabo Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, Avropa zonası üzrə pley-offun A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels - Bosniya və Herseqovina), B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya), C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo), D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya), FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası), FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq)
Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.
Qitələrarası püşkün nəticəsinə əsasən Yeni Kaledoniya - Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya - Surinam duelinin güclüsü isə İraqla münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.
Oxşar xəbərlər
"Qarabağ" daha bir legioner TRANSFER ETDİ
"Qarabağ" növbəti transferini gerçəkləşdirib. BAKU.WS Ağdam klubuna istinadən xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələ...